Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Rayon sakinləri arasında ekoloji maarifləndirmə işinin təşkili məqsədilə tədbiri keçirilib

0

  •        Martın 28-də Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində sosial-iqtisadi inkişafla əlaqədar əhali arasında ekoloji maarifləndirmə işlərinin təşkili, eyni zamanda vətəndaşlar arasında ekoloji maarifləndirmə işini genişləndirmək, insanları ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək, vətəndaşları ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq, praktiki yolların tapılması istiqamətində ekoloji tədbirlərə cəlb etmək məqsədilə maarifləndirici tədbir keçirilib.        Çıxış edən natiqlər bildiriblər ki, Prezident İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində mühüm işlər görülür, ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar yerinə yetirilir. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib.      Çıxışlarda həmçinin, inkişafın ekoloji baxımdan dayanıqlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırılmasının, onları məhdudlaşdırmağın zəruri olduğu vurğulanıb.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib54 dəfə
    Rayon sakinləri arasında ekoloji maarifləndirmə işinin təşkili məqsədilə tədbiri keçirilib

    Maraqlı gələ bilər
    58
    57
    74